ETSIM-in əməkdaşları “R for Official Statistics” adlı təlimdə iştirak ediblər

12.06.2025
ETSIM-in əməkdaşları “R for Official Statistics” adlı təlimdə iştirak ediblər

 

2025-ci il 3-12 iyun tarixlərində BMT-nin Asiya və Sakit Okean üzrə Statistika İnstitutu (SIAP) tərəfindən təşkil olunan “R for Official Statistics: A Crash Course” adlı onlayn təlim uğurla həyata keçirildi. Təlimin əsas məqsədi rəsmi statistika sahəsində R proqramlaşdırma dilinin tətbiqini öyrətmək və iştirakçılara statistik analiz bacarıqları qazandırmaq idi.

Üç günlük intensiv proqram çərçivəsində iştirakçılar R mühitinin qurulması və istifadəsi, əsas statistik funksiyalar, məlumatların vizuallaşdırılması, R vasitəsilə rəsmi statistik hesabatların hazırlanması kimi mövzular üzrə nəzəri və praktiki biliklər əldə etdilər.

Təlimin sonunda ETSİM-in əməkdaşları Namazova Pərvanə, Quliyeva Aysel və Yusifova Aysel yekun qiymətləndirmədən keçərək, bütün modulları vaxtında tamamlayaraq sertifikat əldə etdilər.

Təlimin təşkili və texniki dəstəyi üçün SIAP komandası və kursun aparıcısı, statistik, müəllim Christophe Bontemps-ə təşəkkürümüzü bildiririk.