Statistika xəbərləri

    “Statistika xəbərləri” elmi-praktik jurnalı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Mətbu nəşrlərin reyestrinə 07.10.2015-ci tarixdə 4004 nömrəsi ilə daxil edilmiş, ISSN 2413-6557 nömrəsi ilə Beynəlxalq Standart Seriya Nömrəsi üzrə Beynəlxalq Mərkəzdə qeydiyyata alınmışdır. Bununla yanaşı, jurnal Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası rəyasət heyətinin 31 mart 2017-ci il tarixli qərarı ilə (Protokol № 06-R) “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”nın iqtisad elmləri bölməsinə daxil edilmişdir. “Statistika xəbərləri” elmi-praktik jurnalına təqdim olunan məqalələr Ali Attestasiya Komissiyasının müəyyən etdiyi qaydalar əsasında dərc olunur.
    “Statistika xəbərləri” elmi-praktik jurnalında statistika elminin nəzəri-metodoloji əsasları, iqtisadi, sosial, ekoloji və demoqrafik proseslərin statistik təhlili, iqtisadiyyat və sosial sahələr ilə bağlı digər məqalələrə üstünlük verilməklə başqa nəşrlərə təqdim edilməmiş məqalələr dərc olunur.

    • Statistika xəbərləri (2023-01)

    Statistika xəbərləri (2023-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2023-cü il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasını xarakterizə edən göstəricilərin təhlili və qiymətləndirilməsi”, “Azərbaycanın kənd təsərrüfatı məhsulları üzrə müqayisəli üstünlüklərinin qiymətləndirilməsi.”, “Azərbaycanın istehlak bazarında sosial-iqtisadi təhlükəsizliyin təmin olunmasının regional problemləri.”, “Kiçik və orta biznesin ölkə iqtisadiyyatında rolu və onun qiymətləndirilməsindəseçmə müayinənin tətbiqi”, “Əhalinin yaşlanmasının sosial-demoqrafik təsirləri və onun ölçülməsi meyarları”, “Aналитические процедуры, используемые в аудите финансовой отчетности организаци” “Regulation of international trade in food and agricultural products: identification of the export potential of tomatoes exported from Azerbaijan..”, Azərbaycanın xarici ticarət əlaqələri və onların inkişaf perspektivləri”, “Azərbaycanda neft  emali  və  benzin  istehsalinin inkişafina dair”, “İnsan kapitalı: problemlər və perspektivləri” adlı məqalələr daxildir. “2022-ci ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-04)

    Statistika xəbərləri (2022-04)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il IV rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycan Respublikasında statistik vahidlərin dövlət reyestrinin aparılması və   aktuallaşdırılması məsələləri”, “Pandemiya və dünyada baş verən proseslər fonunda Azərbaycanda inflyasiyanın  səviyyəsi və dinamikası”, “Azərbaycanda istilik effekti yaradan qazların emissiyasını xarakterizə edən göstəricilərin statistik təhlili”, “Azərbaycanda iqtisadi innovasiya”, “Azərbaycanın turizm bazarı beynəlxalq turizmin inkişafı meyllərinin axarında”,“Rəqəmsal iqtisadiyyatda sahibkarlıqda vergi nəzarətinin rolu”, “Rəqabətqabiliyyətli və ixrac yönümlü innovativ aqrobiznes sahələrinin tənzimlənməsi istiqamətləri” “Müasir iqtisadi şəraitdə xarici ölkələrin aqrobiznes sistemində sahibkarlara dövlət dəstəyi təcrübəsindən ” adlı məqalələr daxildir. “2022-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-03)

    Statistika xəbərləri (2022-03)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il III rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Nəqliyyat sektorunda yükdaşımalara təsir edən amillərin ekonometrik qiymətləndirilməsi”, “Haqqı ödənilməyən işin hesablanmasında vaxtdan istifadə sorğusunun məlumatlarından istifadə”, “Ölkədə taxıl məhsullarına tələbatın tədqiqi”, “Müəssisələrdə tədarükat logistikasının idarə edilməsi məsələləri”, “Azərbaycanda insan kapitalının inkişaf səviyyəsinin qiymətləndirilməsi” “Neft-qaz sənayesində beynəlxalq maliyyələşmənin mahiyyəti və onun inkişafının əsas istiqamətləri”, “Методические аспекты разработки бизнес – плана”, “Dəyər zəncirinin qloballaşmasına beynəlxalq nəqliyyat dəhlizlərinin təsirinin artması”, “Azərbaycanın müasir sənaye siyasəti iqtisadi diversifikasiya kontekstində”, “Aqro-biznesdə innovasiya fəaliyyətinin sürətləndirilməsi üçün iqtisadi mexanizmin  formalaşdırılması prioritetləri”, “İnformasiya texnologiyalarının sosial təsirləri” adlı məqalələr daxildir. “2022-ci ilin I yarımilliyi üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-02)

    Statistika xəbərləri (2022-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il I I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Rəsmi statistikada metaməlumatlar və təsnifatlar sisteminin inkişafı”, “Əmək bazarının formalaşmasında məşğulluğun və işsizliyin rolu”,“Azərbaycanda COVID-19 pandemiyası dövründə səmərəli vergi menecmentinin formalaşdırılmasında əsas məsələlər” “Neft-qaz sənayesi müəssisələrinin maliyyə hesabat formalarının təhlili”, “Aqrar sahənin innovasiya potensialı və onun reallaşdırılmasının informasiya bazasının mövcud vəziyyəti”, “Dağıdıcı innovasiyalar və karyera”, “Rəqəmsal texnologiyaların ictimai həyatda rolu” “Azərbaycanda tikinti sahəsi üzrə lizinq əməliyyatlarının uçotunun əsas problemlərinin təhlili  və qiymətləndirilməsi”, “Müəssisə risklərinin araşdırılmasının nəzəri əsasları”, “ Azərbaycanın erməni işğalçılarından azad edilmiş ərazilərində iqtisadiyyatın vəziyyəti və inkişaf perspektivlərinin təhlili”, “2022-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2022-01)

    Statistika xəbərləri (2022-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2022-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanda quşçuluğun mövcud vəziyyəti və inkişaf istiqamətləri”, “ Müasir dövrdə ölkəmizdə demoqrafik vəziyyət”, “Hüquqpozmaların anlayışı, növləri və statistik təhlili”, “Sənədlərin məxfiliyinə görə işarələnməsi məsələsinə  bir yanaşma haqqında”, “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında kiçik və orta sahibkarlığın rolu və inkişafının statistik qiymətləndirilməsi”, “Azərbaycanın sosial hesablar matrisinin tərtibi”, “Azərbaycanda dövrün tələbinə uyğun İKT-nin və elektron ticarətin inkişafı.” “İşğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişaf strategiyası və rəqabət mühitinə yeni baxış”, “Qloballaşma və rəqəmsallaşmanın idarəetmə uçotu üzrə mütəxəssis peşəsinin inkişafına təsiri”,  “Rəqəmsal texnologiyalara əsaslanan əmək bazarı”, “Ömür boyu gəlirə əsaslanan Yorgenson və Fraumen yanaşması” adlı məqalələr daxildir. “2021-ci ilin  yekunları  üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Peçerskiy İlya Borisoviçə  həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-04)

    Statistika xəbərləri (2021-04)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il IV rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Azərbaycanın bərpa olunan enerji mənbələri və onların qiymətləndirilməsi”, “Azərbaycanda energetikanın inkişafı - statistik icmal”, “Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatlarının inkişafının əsas zəmini kimi sahibkarlıq fəaliyyəti”, “Azərbaycanın regionlarının tarazlı sosial-iqtisadi inkişafında əmək bazarının rolu”, “Ölkənin davamlı inkişafında əmək ehtiyatlarından səmərəli istifadə”, “Zangazur corridor: new economic development opportunities for the region”, “Azərbaycanda ekoloji marketinq-menecmentin tətbiqinin bəzi problemləri və perspektivləri” “Uçot-hesabat sistemində normativ və pozitiv metodologiyalar”, “Turizmin rəqabətqabiliyyətliliyinin əsas göstəricilərinin kompleks təhlili”, “Sığorta şirkətlərinin rəqabətə davamlılığının qiymətləndirilməsi” adlı məqalələr daxildir. “2021-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Gindin Aleksandr Moisyeviçin anadan olmasıın 120 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-03)

    Statistika xəbərləri (2021-03)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il III rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Rəqəmsal iqtisadiyyat və elektron ticarət”, “COVID-19-un ev təsərrüfatlarının istehlak xərclərinə təsirləri”, “Aqrar sahədə mövcud investisiya potensialından istifadənin təkmilləşdirilməsi”, “Azərbaycanda aqrar sektorun statistik icmalı və azad edilmiş rayonların kənd təsərrüfatı potensialı”, “Azərbaycanın ixrac səbətinin İqtisadi Mürəkkəblik İndeksi (İMİ) əsasında təhlili”, “Azərbaycanda pandemiya dövründə elektron ticarətə artan tələbat” “Statistik tədqiqlaratın təşkili məsələləri”, “Прогнозирования в налоговой системе налоговых поступлений, их преимущество и недостатки в условиях цифровой экономики”, “Büdcədənkənar dövlət fondlarının idarəetmə orqanlarında uçot və hesabatın təkmilləşdirilməsi istiqamətləri”, “Fərdin iqtisadi təhlükəsizliyi: təhlükəsizlik mühitinə təhdidlər, müdafiə və qiymətləndirmə metodologiyası”, “Azərbaycanda innovasiyalı inkişaf və innovativ sahibkarlığın təkmilləşdirilməsi” adlı məqalələr daxildir. “2021-ci ilin I yarımilliyi üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Fikrət Aqqırax oğlu Abidovun anadan olmasının 95 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-02)

    Statistika xəbərləri (2021-02)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il II rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Qarabağ regionunun sənaye istehsalının potensial imkanları: dövlət və özəl investisiya yatırımlarına yeni tələblər”, “Demoqrafik göstəricilərin statistik tədqiqi”, “Azərbaycanın idxaldan asılılığının azaldılması və iqtisadi təhlükəsizliyinin təmini”, “İxracın diversifikasiyasının nəzəri məsələlərinə dair”, “Məlumatların məxfiliyinin mütəxəssislərin rəylərinə əsasən hərtərəfli qiymətləndirilməsi”, “Regionlarda məşğulluq probleminin yaranmasına səbəb olan sosial-iqtisadi amillər” “Azərbaycanda gəlir bölgüsünün ədalətli həyata keçirilməsi üçün vergi alətindən istifadə və beynəlxalq təcrübə”, “Rəsmi statistikada keyfiyyətin idarə edilməsinin səmərəli alətləri”, “Проблемы налогообложении в образовательных учреждениях Азербайджана”, “Əmək resurslarının beynəlxalq mobilliyinin sosial-iqtisadi inkişafa təsiri”, “Azərbaycan Respublikasında valyuta kurslarının tənzimlənməsi problemləri” adlı məqalələr daxildir. “2021-ci ilin I rübünün yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur. “Azərbaycanın statistika tarixinin səhifələrindən” adlı bölməsində Şahbala Aqqırax oğlu Məmmədovun anadan olmasının 85 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.

    • Statistika xəbərləri (2021-01)

    Statistika xəbərləri (2021-01)

    “Statistika xəbərləri” elmi-praktik jurnalının 2021-ci il I rübündə dərc olunmuş məqalələr  “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya” başlığı altında toplanmışdır. Bu bölmələrə “Kölgə iqtisadiyyatının həcminin ölçülməsinə yeni metodik yanaşma”, “Müasir dövrdə enerji təhlükəsizliyinin təminatı məsələləri”, “Azərbaycanda transmilli şirkətlərin (TMŞ) fəaliyyətinin dövlət tənzimlənməsi və xarici investisiya həcminin proqnozlaşdırılması”, “Turizm xərclərinin statistik ölçülməsi”, “Azərbaycanda sahibkarlıq fəaliyyətinin müasir inkişaf mərhələləri”, “Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarında kənd təsərrüfatının mövcud vəziyyəti və inkişaf perspektivləri” “Elektron biznesin inkişaf göstəricilərinin müəyyən edilməsinin metodoloji problemləri”, “Qiymət statistikasının keçmişi, bu günü, gələcəyi”, “Kommersiya müəssisələrində material ehtiyatlarının uçotunun təkmilləşdirilməsi istiqamətləri”, “Некоторые проблемы и перспективы применения экологического маркетинга в Азербайджане” adlı məqalələr daxildir. “2020-ci ilin yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində isə Azərbaycan Respublikasının makroiqtisadi göstəriciləri, Ümumi Daxili Məhsulu, Dövlət büdcəsinin gəlir və xərcləri, ixrac və idxal olunan məhsulları, tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri haqqında məlumatlar qeyd olunmuşdur.

    • Statistika xəbərləri (2020-04)

    Statistika xəbərləri (2020-04)

    2020-ci ilin IV rübündə nəşr olunan“Statistika xəbərləri” elmi-praktik jurnalı “İqtisadi-statistik tədqiqatlar”, “Metodologiya”, “2020-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkənin sosial-iqtisadi inkişafına dair göstəricilər”, “Azərbaycanın statistika tarixi səhifələrindən”adlı bölmələrdən ibarətdir. “İqtisadi-statistik tədqiqatlar” bölməsi “Ölkədə ətraf mühitin vəziyyəti”, “Ali və orta ixtisas təhsilinin bəzi məsələlərinə dair”, “İqtisadi inkişafın sabitliyini təmin etmək məqsədi ilə istehlak qiymətlərinin və elektrik enerjisi tariflərinin tənzimlənməsi”, “Regional inkişaf fərqləri və onların aradan qaldırılmasında dövlətin rolu”,“Metodologiya” bölməsi isə “Azərbaycanda tikinti sektorunun inkişaf indikatorlarının qiymətləndirilməsi”, “Azərbaycan Respublikasında tətbiq edilən vergi rejimləri”, “Kənd təsərrüfatı məhsulları bazarında intervensiya tədbirləri: dünya təcrübəsi və Azərbaycanda tətbiqi istiqamətləri”, “Əmək resurslarının beynəlxalq mobilliyinin tənzimlənməsinin təşkilati - metodoloji əsasları və əmək miqrasiyasının ölkənin iqtisadi inkişafına təsirinin qiymətləndirilməsi göstəriciləri”,“Mühəndis marketinqi əsasında müəssisələrin rəqabət qabiliyyətinin artırılmasının elmi əsasları”adlı məqalələri əhatə edir. Bundan əlavə, ölkə üzrə makroiqtisadi göstəricilər, maliyyə mənbələri üzrə əsas kapitala yönəldilmiş vəsaitlər, dövlət büdcəsinin gəlirləri və xərcləri, Azərbaycanın tərəfdaş ölkələrlə xarici ticarət göstəriciləri və s. məlumatlar “2020-ci ilin yanvar-sentyabr aylarının yekunu üzrə ölkəninsosial-iqtisadi inkişafına dair göstəricilər” bölməsində əks olunmuşdur.Həmçinin “Azərbaycanın statistika tarixinin səhifələrindən” bölməsində Peçerskiy İlya Borisoviçin anadan olmasının 120 illiyinə həsr olunmuş avtobioqrafik məlumat yer almışdır.Bundan başqa, 2020-ci ildə “Statistika xəbərləri” jurnalında dərc olunmuş məqalələrin mövzu-əlifba üzrə siyahısı dərc olunmuşdur.